Mahir Xəttab Ramiz Göyüşovdan 2 min manat alarkən saxlanılıb

Ötən gecə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılan sayt rəhbəri Mahir Xəttab barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Minval.info xəbər verir ki, Binəqədi rayon məhkəməsinin hakimi Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə istintaqın təqdimatı təmin edilib. Mahir Xəttab barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Onun vəkili Mehman Muradlı bildirib ki, Mahir Xəttab YAP-ın Binəqədi rayon şöbəsinin keçmiş sədri Ramiz Göyüşovdan 2 min manat alarkən saxlanılıb.
M.Xəttab məhkəmədə çıxışında etiraf edib ki, Ramiz Göyüşovdan 2 min manat alarkən saxlanılıb.
Əldə etdiyimiz məlumata görə, M.Xəttab Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu ilə tələb etmək) maddəsi ilə təqsirləndirilir.
Xatırladaq ki, Mahir Xəttab “Azadinfo.az” saytının rəhbəridir.
Qeyd edək ki, bir neçə gün öncə Ramiz Göyüşovun virtual erotik görüntüləri yayılıb. Bu gün həbs edilən Mahir Xəttab da ondan bu məsələ ilə bağlı açıqlama almışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır