12.09.2026 - 16:56
Ölkə 16 baxış

Mağazalar QR-kodla ödənişdən niyə imtina edir?

Bakıda bəzi mağaza və ticarət obyektlərində “m10” tətbiqi vasitəsilə QR-kodla ödənişlərin qəbul edilmədiyi müşahidə olunur. Təxminən səkkiz geyim mağazasında aparılan araşdırmalar nəticəsində, bu mağazaların əksəriyyətində “m10” tətbiqinin QR-ödəniş funksiyasının işləmədiyi müəyyən edilib. Mağaza əməkdaşları bu vəziyyəti müxtəlif səbəblərlə izah edirlər. Bəzi hallarda problemin şirkətdən qaynaqlandığı, digərlərində isə “m10” sisteminin hazırda işləmədiyi bildirilir.

Minval.info xəbər verir ki, yalnız iki mağazada “m10” tətbiqi vasitəsilə QR-kodla ödənişin mümkün olduğu qeyd edilib. Bu müşahidələr, bəzi ticarət obyektlərində QR-kodla ödənişlərin qəbul edilməməsi ilə bağlı iddiaları təsdiqləyir.

İqtisadçı Xalid Kərimli bildirir ki, QR-kodla ödənişlərin genişləndirilməsi nağdsız və rəqəmsal ödənişlərin təşviqinə xidmət edir. Bu üsul, həmçinin ödənişlərin daha aşağı xərclə həyata keçirilməsinə və xarici ödəniş sistemlərinə yönələn vəsaitin azalmasına imkan yaradır. Banklar bu sistemdən əldə olunan qənaətin bir hissəsini keşbek formasında müştərilərə qaytara bilirlər ki, bu da QR-kodla ödənişlər üzrə keşbek faizinin daha yüksək olmasına səbəb olur.

Məsələ ilə bağlı “m10” şirkətinə müraciət edilsə də, hələlik rəsmi açıqlama verilməyib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: