Azərbaycan əlifbasında dəyişiklik gözlənilmir: AMEA açıqladı
Özbəkistan parlamentinin yuxarı palatası latın qrafikası əsasında özbək əlifbasının strukturunu dəyişən qanun qəbul edib. Yeni standarta əsasən, özbək əlifbası 26 hərf və 3 hərf birləşməsi əvəzinə 28 hərf və 1 apostrofdan ibarət olacaq. Bu dəyişikliklər Azərbaycanda da əlifba islahatları ilə bağlı müzakirələrə səbəb olub.
Minval.info xəbər verir ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri, dosent Elçin İsmayılov Azərbaycan əlifbasında hər hansı dəyişikliyin edilməsinə ehtiyac olmadığını bildirib. O, apostrofun bərpasına da ehtiyac görmədiyini vurğulayıb. “Sağır nun” və “iş” səslərinin müstəsna hallarda onsuz da yazıla bildiyini qeyd edən dosent, mövcud əlifbanın imkanlarından istifadə etməyin mümkün olduğunu söyləyib.
Elçin İsmayılov əlavə edib ki, əlifbanın tez-tez dəyişdirilməsi artıq keçmişdə qalıb və əsas məqsəd əlifbanın sabitliyini qorumaq olmalıdır. O, həmçinin köhnə əlifbanın, o cümlədən kiril və ərəb qrafikası əsasında formalaşmış əlifbanın öyrənilməsinin vacibliyini vurğulayıb. Bu biliklərin tariximizə və keçmişdə yazılmış mənbələrə çıxış baxımından əhəmiyyətli olduğunu bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hərbi xidmətdən azad edən xəstəliklər açıqlandı
Bakı 'Ulduz' metrosu yaxınlığında yol təmiri başladı
Azans Daşkənddə aeronaviqasiya əməkdaşlığını gücləndirir
Həmidə Ömərova seçki prosesindən narazıdır
Yanacaqdoldurma məntəqələrində həcmlə bağlı narahatlıq artır
Diplomatlar Şuşada yallı rəqs etdi!
Sentyabr pensiyaları Bakı və Naxçıvanda ödənildi