Hərbi xidmətdən azad edən xəstəliklər açıqlandı
Azərbaycan Respublikasında vətəndaşların hərbi xidmətə yararlı olub-olmaması konkret tibbi meyarlar və hüquqi çərçivə ilə müəyyən edilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna və “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən, hərbi xidmətə yararsızlıq Hərbi-Həkim Komissiyasının (HHK) tibbi rəyi ilə təsdiqlənir.
Minval.info xəbər verir ki, bu qərar dinc dövrdə yararsız (ehtiyata keçirilən) və ya həm dinc, həm də müharibə dövründə tam yararsız (uçotdan çıxarılan) olaraq təsdiqlənir. Yararsızlıq qərarı əsasən şizofreniya, ağır depressiya, əqli gerilik və epilepsiya kimi psixi xəstəliklər; II-III dərəcəli hipertoniya, ürək, böyrək və ağciyər çatışmazlığı, bronxial astma, qaraciyər sirrozu kimi daxili xəstəliklər; III-IV dərəcəli skolioz, ağır yastıpəncəlik və ətrafların amputasiyası kimi sümük-əzələ zədələnmələri; bədxassəli şişlər, hemofiliya, leykoz, İİV və aktiv vərəm kimi ağır patronaj tələb edən hallar; həmçinin kar-lallıq və ağır görmə qüsurları zamanı verilir.
Proses çağırışçının ilkin komissiya müayinəsindən keçməsi, ehtiyac olduqda təyin olunmuş dövlət xəstəxanasında stasionar müayinə olunaraq rəsmi tibbi akt alması və həmin akt əsasında Mərkəzi Hərbi-Həkim Komissiyasının yekun qərarı təsdiqləməsi ilə yekunlaşır.
ƏLAQƏLİ
Azad edilmiş ərazilərdə torpaq paylanması: hər ailəyə neçə hektar veriləcək?
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azad edilmiş ərazilərdə torpaq paylanması: hər ailəyə neçə hektar veriləcək?
ADSEA daşqın və sel sularından mühafizə işlərini davam etdirir
Dövlət xidməti yeni internet tariflərini təsdiqlədi
Sabah rayonlara dolu düşəcək, intensiv yağış yağacaq
Bakıda metro və avtobuslarda yeni tarif tətbiqi gözlənilir
Bakı metrosu ötən ay 16 milyondan çox sərnişin daşıyıb
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib