Təhsil böhranı: Siniflər boşalır, müəllimlər ixtisar olunur
2026-2027-ci tədris ilində Azərbaycanda I sinfə gedəcək uşaqların sayı 124 mindən çox olacaq. Bu rəqəm, əvvəlki illə müqayisədə 8 min nəfər azalma göstərir. Son on ildə isə I sinfə gedənlərin sayı ümumilikdə 40 min nəfər azalıb.
Minval.info xəbər verir ki, “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bu azalmanın davam edəcəyini və 2035-ci ildən sonra böhran həddinə çatacağını bildirib. O qeyd edir ki, fertillik əmsalı Azərbaycanda sürətlə azalır və bu, əhalinin cins tərkibində dəyişikliklərə səbəb olur.
Təhsil məsələləri üzrə ekspert Elmin Nuri isə demoqrafik problemlərin təhsil sisteminə təsir etdiyini vurğulayır. 2025-ci ildə doğulan uşaqların sayının 95 min 875 nəfər olduğunu qeyd edən ekspert, altı il sonra birinci sinifə gedən uşaqların sayında ciddi azalma olacağını bildirir. Bu vəziyyət məktəblərdə siniflərin bağlanmasına və müəllimlərin ixtisarına səbəb ola bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan klubları Çempionlar Liqasında tarix yazdı
Bakı metrosunda təhlükəsizlik sədləri quraşdırılacaq
Abşeron çimərliklərində hava necə olacaq?
Azərbaycan əlifbasında dəyişiklik gözlənilmir: AMEA açıqladı
Hərbi xidmətdən azad edən xəstəliklər açıqlandı
Bakı 'Ulduz' metrosu yaxınlığında yol təmiri başladı
Azans Daşkənddə aeronaviqasiya əməkdaşlığını gücləndirir