12.09.2026 - 14:15
Ölkə 9 baxış

Azans Daşkənddə aeronaviqasiya əməkdaşlığını gücləndirir

“Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) Daşkənddə keçirilən yüksək səviyyəli aviasiya görüşlərində iştirak edərək regional aeronaviqasiya əməkdaşlığını gücləndirib. Sentyabrın 8-dən 10-dək davam edən bu tədbir çərçivəsində AZANS, Avropa və Asiya aeronaviqasiya xidməti təminatçıları üçün Regional Aeronaviqasiya Təhlükəsizliyinin Koordinasiyası Platformasının III İllik Ümumi Yığıncağına (SOCEA AGM/3) sədrlik edib.

Minval.info xəbər verir ki, görüşlərdə Avropa və Asiyanın müxtəlif ölkələrindən aeronaviqasiya xidməti təminatçıları, eləcə də “ICAO”, “CANSO” və “EUROCONTROL”un yüksək vəzifəli şəxsləri iştirak ediblər. “SOCEA AGM/3” çərçivəsində iştirakçılar regional hava məkanına təsir edən prosesləri, hava hərəkətinin idarə edilməsini və aeronaviqasiya xidməti təminatçıları arasında koordinasiyanın gücləndirilməsini müzakirə ediblər.

AZANS, həmçinin cari fəaliyyət istiqamətləri, əsas nailiyyətləri və gələcək inkişaf prioritetləri barədə məlumat təqdim edib. “CANSO Euro-Asia ANSPs CEO Summit 2026” çərçivəsində sənaye liderləri aeronaviqasiyanın gələcəyini formalaşdıran əsas məsələləri, o cümlədən hava hərəkəti axınının idarə olunması, rəqəmsal transformasiya və yeni ATM texnologiyaları mövzularını müzakirə ediblər. AZANS-ın bu tədbirlərdə iştirakı Azərbaycanın regional aeronaviqasiya əməkdaşlığında artan rolunu əks etdirir. 2026-cı ilin ilk yarısında Azərbaycanın hava məkanından 143,770 tranzit uçuş həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,4% artım deməkdir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: