17.11.2026 - 13:54
Maaş artımı istəyənlərə vacib tövsiyə: rəhbərliklə nə vaxt danışmaq lazımdır?
Sosial 215 baxış

Maaş artımı istəyənlərə vacib tövsiyə: rəhbərliklə nə vaxt danışmaq lazımdır?

Maaş artımı ilə bağlı rəhbərliklə danışıqlara başlamaq üçün ən uyğun vaxt şirkətin büdcəsi təsdiqlənməzdən əvvəl, yəni Yeni il ərəfəsidir. İşçi bu dövrdə konkret məbləğ, artım tarixi və tələbinin əsaslarını əvvəlcədən müəyyənləşdirməlidir.

Publika.az xəbər verir ki, biznes-strateq və böhran meneceri Yana Kaqramanyan “İzvestiya” qəzetinə bu barədə danışıb. Onun sözlərinə görə, maaş artımı üçün işçinin şirkətə verdiyi ölçülə bilən fayda əsas arqument olmalıdır. Bu faydalar arasında gəlirlərin artırılması, xərclərin azaldılması, müştərilərin saxlanılması və iş prosesində səhvlərin minimuma endirilməsi yer alır.

Bununla yanaşı, işçinin vəzifə öhdəliklərinin davamlı genişlənməsi və əlavə istiqamətlərə cavabdehlik daşıması da maaş artımı üçün əsas sayıla bilər. Lakin yalnız birdəfəlik əlavə iş yükü kifayət qədər əsas deyil.

Kaqramanyan, işçilərə öz nailiyyətlərini və şirkətə töhfələrini konkret göstəricilərlə rəhbərliyə təqdim etməyi tövsiyə edir. Əməkhaqqı ilə bağlı bazar göstəricilərini də nəzərə almaq vacibdir.

Əgər rəhbərlik dərhal maaş artımına razılıq vermirsə, növbəti müzakirə üçün konkret tarix və qərarın hansı meyarlar əsasında veriləcəyini razılaşdırmaq tövsiyə olunur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: