28.09.2022 - 12:04
Hərbi xəbər
29 baxış
Məşhur polkovnik Rəşad Məlikzadə də HƏBS EDİLDİ
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə xidmətinin rəisi Rəşad Məlikzadə həbs edilib.
“Minval.info” apa-ya istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı davam edən cinayət işi üzrə Rəşad Məlikzadə 9 milyon manata yaxın mənimsəmədə təqsirləndirilir.
Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdara mənimsəmə) maddəsi ilə ittiham verilib
Bakı Hərbi Məhkəməsində Rəşad Məlikzadə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsaitinə baxılıb.
Məhkəmə vəsaiti təmin edib və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hörmüz boğazında ticarət gəmisinə hərbi müdaxilə
09.09.2026 - 23:43
Rusiyanın hərbi resursları 2028-ci ilə qədər yetərlidir
08.09.2026 - 14:07
Yəmən paytaxtını geri almaq üçün hücuma keçir
08.09.2026 - 11:54
Şəhid anası Gülçöhrə İsayeva vəfat etdi
08.09.2026 - 10:02
Almaniyada müharibə bombası: 5 min nəfər təxliyə olunur
06.09.2026 - 22:20
Pakistan ordusundan sərhəddə terrorçulara zərbə!
06.09.2026 - 13:35