Məşhur meyxanaçı təcili əməliyyata götürülüb
Məşhur meyxana ustadı İntiqam axşam saatlarında təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Minval.info xəbər verir ki, sənətçi tibb müəssisəsində müayinə olunduqdan sonra həkim tərəfindən təcili əməliyyat qərarı verilib.
Meyxanaçı əməliyatdan sonra hər şeyin qaydasında olduğunu və bunun uğurla həyata keçdiyini bildirib.
Xatırladaq ki, sənətçi uzun müddətdir bel və ayaq ağrılarından əziyyət çəkib.
İntiqam disk yırtığı ilə əlaqədər uzun müddət müalicələr alıb, amma 4-gün əvvəl belində ağrıları olduğu üçün bir həkimə müraciət edib. Meyxanaçının belində dartılma əməliyatı həyata keçirilib. Bundan sonra onun ayağında zəifləmələr yaranıb və tədricən yeriməsini itirib.
Məlumata görə, sonuncu qısa müddətlik əməliyyatdan sonra İntiqam bu ağrılardan azad olunub və artıq öz normal səhhətinə tədricən geri dönməyə başlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi