Məşhur azərbaycanlı Ukrayna prezidenti olmaq istəyir
Ukrayna Dövlət Fiskal Xidmətinin sabiq rəhbəri, əslən azərbaycanlı olan Roman Nəsirov “112 Ukrayna” telekanalında yayımlanan “Qordon” proqramına müsahibəsində Ukraynadakı vəziyyət, öz kökləri və gələcək planları ilə bağlı danışıb.
Oxu.az xəbər verir ki, Roman Nəsirov qəti şəkildə korrupsiya ittihamlarını rədd edib (Bir müddət əvvəl Ukrayna səlahiyyətliləri və ictimai xadimləri Nəsirovu Ukraynanın Dövlət Fiskal Xidmətinə rəhbərlik etdiyi zaman rüşvət almaqda ittiham edirdilər – red.).
Onun sözlərinə görə, Ukraynada bütün problemlər parlamentdən başlayır: “2014-cü ildə beynəlxalq şirkətdən parlamentə keçdim. Maaşım 4,5 min qriven (hazırkı məzənnə ilə 300 manat – red.) idi. Bax, korrupsiya elə buradan başlayır. Deputatlara, nazirlərə ödəniş etmək lazımdır”.
Vəziyyətdən çıxış yolu kimi Nəsirov deputatların maaşının 20-30 minə, nazirlərinkinin isə 50 min qrivenə kimi qaldırılmasını göstərib: “Digər ölkələrin təcrübəsindən istifadə etmək lazımdır”.
Mənşəyi haqqında danışarkən R.Nəsirov deyib ki, onun atası azərbaycanlıdır: “Atam 17 yaşında Ukraynaya gəlib və burada qalıb. Anam isə yəhudidir”.
Həmyerlimiz gələcək planları haqqında da danışıb və bildirib ki, Ukrayna prezidentliyinə can atır.
“Son vaxtlar bu haqda daha çox düşünürəm. Hətta bununla bağlı hazırlıqlara başlamışam. Prezident olmaq üçün hər şey edəcəyəm”, – Nəsirov qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Husilər Yəməndə irəliləyir: Sahil xətti tam nəzarətdə!
Nepalda daşqın fəlakəti: 1 400 ölü, milyardlarla ziyan
Oman Hörmüz boğazı üçün diplomatik təşəbbüs edir
Husilər Qırmızı dəniz sahillərinə hakim oldu
Çoxuşaqlı ailələr üçün müavinət artımı gündəmdə
Ermənistan Rusiya qazına alternativ axtarır
Paşinyan: Rusiya qazı ucuz deyil!
