03.11.2021 - 14:25
Mədəniyyət
27 baxış
Mərhum əməkdar artistin oğlu: “Yoldaşlarının çoxu ona xəyanət etdi”

“Atamın sağlığında sənət yoldaşlarından çoxu ona xəyanət elədi”.
Minval.info xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru, mərhum Telman Əliyevin oğlu Vüqar Əliyev atasının anım günündən danışarkən deyib. Vüqar Əliyev aktyorlarda insani duyğuların olmadığını deyib:
“Dünən atamın doğum günü idi, biz ailəliklə bir yerdə oturduq, onu andıq, sonra yaradıcılığına nəzər saldıq, qəbrini ziyarət etdik. Pandemiyadır, ola bilər ki, kiminsə başı qarışıq olsun, amma ümumi götürəndə istər “Azdrama”da, istərsə də İncəsənət Universitetindən bir adam Telman Əliyevi yada salmadı. Mənim atamın yanında sənət öyrənənlərin biri onun doğum gününü xatırlamadı. Bir zəngi belə atama çox gördülər. Sadəcə ona sadiq olan bir neçə nəfər ailə dostu var ki, bizim yanımızda oldu. Çox böyük yazıqlar olsun aktyor heyətinə, söhbət təkcə mənim atamdan getmir, hər hansı bir aktyor vəfat edə, onun il və doğum günü ola bilər, ən azı onu ildə iki dəfə yad edirlər, xoş təəssüratlarını bölüşürlər. Təəssüflər olsun, bizim aktyorlarda insani duğyular yoxdur. Biz heç kimdən nəsə gözləmirik, atam sağlığında da kimdənsə nəsə ummayıb”.
Vüqar Əliyev bildirib ki, Telman Əliyevə sənət dostları xəyanət edib:
“Sənətdə ona sağlığında çox xəyanətlər oldu. “Yanındayam” deyə-deyə bir yola başlayıb sonra onu tək buraxanlar oldu. Atam da bunu ürəyinə saldı və sonu da bəllidir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
01.09.2026 - 17:01
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
20.08.2026 - 19:03
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
04.08.2026 - 16:42
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
03.08.2026 - 11:42
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
02.08.2026 - 11:22
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi
31.07.2026 - 18:24
Aqil Məlikov açıq ürək əməliyyatı keçirdi
31.07.2026 - 17:59