Mənzil bazarının gizli tələləri: 'əlimyandı' elanlarına aldanmayın!
Son dövrlərdə daşınmaz əmlak bazarında ‘əlimyandı’, ‘təcili satılır’, ‘bazar qiymətindən aşağı’ kimi ifadələrlə dolu elanların sayında artım müşahidə olunur. Bu cür ifadələr alıcılar arasında ‘fürsəti qaçırmaq qorxusu’ yaradır və psixoloji təsir göstərir. Bəs bu üsul alıcıları aldatmaq kimi qiymətləndirilə bilərmi?
Minval.info xəbər verir ki, əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadov bildirir ki, daşınmaz əmlakın satışı zamanı müxtəlif ifadələrin istifadəsi qanun pozuntusu sayılmır. Lakin bu ifadələr alıcıları yanıltmamalıdır. Əgər reklam və ya elanda qəsdən yanlış məlumat verilirsə, bu, qanun pozuntusu hesab olunur və müvafiq qanunlarla tənzimlənir.
Elnur Azadov vətəndaşların daşınmaz əmlak alarkən diqqətli olmalarının vacibliyini vurğulayır. Onun sözlərinə görə, alıcılar seçdikləri əmlakın texniki vəziyyətini və sənədlərini əvvəlcədən yoxlatmalıdırlar. ‘Daşınmaz əmlak əməliyyatları zamanı istehlakçılara tövsiyə olunur ki, ilk növbədə əmlakın texniki vəziyyəti ilə tanış olmaq üçün müvafiq ekspert və mütəxəssislərə müraciət etsinlər. Bundan sonra isə sənədləşmə prosesinə xüsusi diqqət yetirsinlər. Bu, gələcəkdə yarana biləcək problemlərin qarşısını almağa kömək edəcək’, – deyə ekspert əlavə edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-da süni zəka ilə 129 milyon dollarlıq dələduzluq aşkarlandı
Süni intellektlə rəhbərləri təqlid edərək 130 milyon dollar oğurladılar
Məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı yeni iddialar
Boşanma zamanı qadına dələduzluqla 163 min manat ziyan vuruldu
Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir
Milyonçu Bəxtiyar Dalinin zorlamağa cəhd etdiyi qadın müğənni imiş