“Məmurlar ətrafına qohum-əqrəbasını toplayıb vətəndaşlara zülm edirlər”

“Mən və anam ikinci qrup əlillik dərəcəsinə görə aldığımız 61 manat müavinət quru çörək alıb bir ay qidalanmağımıza çatmır”.
Minval.İnfo xəbər verir ki, bu barədə “Bizim Yol”a müraciət edən Cəlilabad rayon, Səməd Vurğun küçəsi Qaz İdarəsinin binasında yaşayan Nuriyev Faba Ovezovic oğlu bildirib.
Onun yazdığına görə, yaşadığı ağır dözülməz durumla bağlı dəfələrlə yerli icra hakimiyyətinə müraciət edib: “Müraciətlərimə “gözləyin, sizə icra başçısı qəbul edəcək” cavabını verirlər. Amma qəbul edən olmayıb dözülməz güzaranımızla bağlı mərkəzi icra hakimiyyəti qurumlarına dəfələrlə müraciət etmişik. Müraciətlərimiz nəticəsiz qalıb”.
F.Nuriyev bildirib ki, o hazırda mənzil şəraiti olmayan Qaz İdarəsinin binasında yaşamaq məcburiyyətindədi: “Səfalət içində yaşayırıq. Dərdimizi kimə deyək? Məmurlar bizləri saymır. Öz ətrafına qohum-əqrəbasını toplayıb vətəndaşlara zülm edirlər”.
O, məsələni ictimailəşməsi ilə probleminin həll olunacağına ümid edir.
Vətəndaş Nuriyev Faba Ovezovic oğlunun müraciəti əsasında Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinə informasiya sorğusu göndərilib.







Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ruhi Əliyeva Tovuzda 250 ailəyə yardım etdi – Fotolar
Bakıda sərnişin avtobusu qəzaya düşdü: xəsarət alan var - Fotolar
Musavat.com yazdı, Əbilov küçəsinə asfalt çəkilməyə başlandı - FOTOLAR
Murad Dadaşov: Neft sənin deyil, neft dövlətindir - VİDEO
ANS-in aparıcısı Almaniyadan sığınacaq istədi: "Mənən intihar etdim"
Ramin Hacılı vətəndaşlardan 18 min alıb? - İttiham aktı
Eldar Mahmudovun əmisi oğlu ilə bağlı məhkəmə qərarı