31.07.2026 - 16:11
Təhsil 22 baxış

Məleykə Abbaszadə: Keçid ballarında dəyişikliklər gözlənilir

Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə, müsabiqə vəziyyətinin ixtisas qrupları üzrə fərqləndiyini açıqlayıb. O, jurnalistlərə verdiyi müsahibədə keçid ballarının artacağına dair proqnozlar irəli sürdü.

İlk ixtisas qrupu üzrə 600 baldan yuxarı olan ixtisaslarda keçid ballarının 1-2 bal azalması gözlənilir. 500-600 bal intervalında isə bu azalma 16 baladək çata bilər. 400-500 bal aralığında isə 5 bal azalma proqnozlaşdırılır. Lakin 400 baldan aşağı intervallarda, məzun və kvota sayındakı dəyişikliklər səbəbindən keçid ballarının artacağı ehtimal edilir.

İkinci ixtisas qrupu üzrə əksər bal intervallarında keçid ballarında 1-3 bal azalma gözlənilir. Məsələn, 300-400 bal intervalında azalma 12 baladək çata bilər. 200-300 bal intervalında isə məzun və kvota sayının artması səbəbindən keçid ballarının 3-4 bal yüksəlməsi mümkündür.

Üçüncü ixtisas qrupu üzrə 600 baldan yuxarı keçid balı olan ixtisaslarda 3-4 bal azalma gözlənilir. 500-600 bal intervalında isə keçid ballarının 3-4 bal artacağı proqnozlaşdırılır. 200-500 bal aralığında yerləşən ixtisaslarda isə keçid ballarında 1-8 bal artım gözlənilir.

Məleykə Abbaszadə IV ixtisas qrupunda rəqabətin daha yüksək olduğunu vurğulayıb. O, 600 baldan yuxarı nəticə göstərənlərin sayının 1000 nəfərdən çox olduğunu qeyd edərək, bu səbəbdən 600 baldan yuxarı keçid balı olan ixtisaslarda 15-17 baladək artımın mümkün olduğunu bildirib. 500-600 bal intervalında da keçid ballarının yüksələcəyi gözlənilir, 400-500 bal intervalında isə keçid ballarının ötənilki səviyyədə qalacağı ehtimal edilir.

O, əlavə edib ki, təqdim olunan statistika ilkin məlumatdır və iki cəhdin nəticələrinə əsaslanır. Dəqiq statistikaların yekunlaşdıqdan sonra dərc ediləcəyini bildirən Abbaszadə, hər bir abituriyentin öz bal intervalında vəziyyətin ötən illə müqayisədə necə dəyişdiyini qiymətləndirə biləcəyini vurğulayıb.

Minval.info

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: