Əməkdar artist vəfat etdi

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansablının rəhbəri, Azərbaycan və Özbəkistanın Əməkdar artisti Kaykep Aliyeva dünyasını dəyişib.
Bu barədə “Minval.info”ya mərkəzdən bildirilib.
Məlumata görə, o, 86 yaşında vəfat edib.
Qeyd edək ki, əslən Qarabağdan olan K. Aliyeva 50 ildən artıq Özbəkistanda Azərbaycan mədəniyyətini geniş təbliğ edib, Azərbaycan diasporasında fəal çalışıb, təşkil etdiyi dərnəklərdə yüzlərlə azərbaycanlı, özbək uşaq və yeniyetməyə milli rəqslərimizi öyrədib. K. Aliyevanın xidmətləri nəzərə alınaraq, o, 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Əməkdar artist” fəxri adına layiq görülüb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Sərəncamı ilə 2016-cı ildə “Dostluq” ordeni ilə mükafatlandırılıb.
Allah rəhmət eləsin!
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi