01.09.2021 - 16:33
Mədəniyyət
22 baxış
Əməkdar artist Tamilla Ağamirova vəfat edib
Azərbaycan S
SR-in Əməkdar artisti Tamilla Ağamirova ömrünün 94-cü ilində vəfat edib.
“Minval.info” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə “Romen” teatrından məlumat veriblər.
Xatırladaq ki, 2021-ci il iyulun 2-də onun həyat yoldaşı, SSRİ Xalq artisti, “Romen” teatrının bədii rəhbəri Nikolay Sliçenko vəfat edib.
Tamilla Ağamirova 1951-ci ildə Bakı Teatr İnstitutunu bitirib. 1952-ci ildən etibarən fəaliyyət göstərdiyi “Romen” teatrında baş rollar ifa edib. O, daha çox “Don Kixot”, “Onun böyük ürəyi”, “Əsl dost”, “Matteo Falkone”, “Kuba novellası”, “Stalinqrad” filmlərində, həmçinin “Romen” teatrının səhnəsində canlandırdığı rollara görə tanınıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
01.09.2026 - 17:01
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
20.08.2026 - 19:03
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
04.08.2026 - 16:42
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
03.08.2026 - 11:42
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
02.08.2026 - 11:22
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi
31.07.2026 - 18:24
Aqil Məlikov açıq ürək əməliyyatı keçirdi
31.07.2026 - 17:59