Məhəmməd peyğəmbərin karikaturalarını çəkən rəssam yol qəzasında öldü

Məhəmməd peyğəmbərin karikaturalarını çəkən müəllif Lars Vilks və onun mühafizəçisi – iki polis əməkdaşı – bazar günü İsveçin cənubunda Krunoberq əyalətinin Markarud kəndi yaxınlığında yol qəzasında ölüb.
Minval.info xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb.
Bildirilib ki, L.Vilksin və mühafizəçilərin olduğu maşın yük avtomobili ilə toqquşub. Zərbənin gücündən hər iki avtomobil yanıb.
Yük maşını sürücüsü ağır yaralanıb. Qəzanın necə baş verdiyi barədə hələlik məlumat verilmir.
Xatırladaq ki, müəllifin peyğəmbələ bağlı çəkdiyi karikaturalar 2007 -ci ilin noyabr ayında İsveçin “Nerikes Allehanda” qəzetində dərc olunub. Nəşr dünyanın bir çox ölkələrində müsəlmanların qəzəbinə səbəb olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır