11.08.2026 - 16:26
Kriminal
78 baxış
Livan tarix yazdı: Ölüm hökmü ərəb dünyasında ilk dəfə ləğv edildi
Livan parlamenti ölüm hökmünü ləğv edərək, ərəb dünyasında bu addımı atan ilk ölkə kimi tarixə düşdü.
Minval.info xəbər verir ki, yeni qanunla ölüm cəzası ömürlük həbs və ağırlaşdırılmış məcburi əmək cəzası ilə əvəz olunacaq. Bu qərar parlamentdəki əksər deputatlar tərəfindən dəstəklənsə də, “Hizbullah”ın parlament bloku buna qarşı çıxıb.
Livan 2004-cü ildən bəri edamların icrasını dayandırsa da, bu müddət ərzində bir çox ölüm hökmü çıxarılıb, lakin icra edilməyib və ya başqa cəzalarla əvəzlənib.
Livanın ədliyyə naziri Adel Nassar bu qərarı ölkə üçün “tarixi addım” adlandırıb. Hüquq müdafiə təşkilatları da bu qərarı alqışlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gəlinini bıçaqlamaqda ittiham olunan şəxs təcridxanada vəfat etdi
28.09.2026 - 16:25
Vüsal Şilderin qətli: cinayətin qiyməti 1000 manat olub?
28.09.2026 - 16:18
Bakıda 117 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
28.09.2026 - 15:50
Sumqayıtda keçmiş yeznəsini aldatdı, məhkəmə qərarı verildi
28.09.2026 - 11:38
Avtoxuliqanlıq edən sürücü 15 sutka həbs cəzası aldı
28.09.2026 - 11:31
Polis 103 kiloqramdan çox narkotik vasitə aşkarladı
28.09.2026 - 11:24
Vəzifəli şəxsləri şantaj edən baş redaktor məhkəmə qarşısında
28.09.2026 - 10:49
Ağstafada parkda qətl hadisəsi baş verib
28.09.2026 - 08:36