Lerikdə 7-ci sinif şagirdi məmur qohumu tərəfindən zorlanıb - Qızın atası isə...
Sosial şəbəkələrdə məktəbli qızın zorlanması barədə məlumat yayılıb.
Minval.info xəbər verir ki, Rafiq Cəlilov adlı facebook istifadəçisi 7-ci sinif şagirdi zorlanıb, daha sonra onun videoları çəkilib və şantaj etdiyi barədə məlumat yayıb. Qızın ailəsi məsələni yalnız uşağın 4 aylıq hamilə olduğunu bildikdən sonra sonra öyrənib. Utandığından ailə Leriki tərk edib.
İddialara görə, azyaşlını zorlayan şəxsin adı E.M-dur (Sübutlar olmadığı üçün adları dərc edə bilmirik – Red) və onun əmisi vəzifədə olduğu üçün məsələ gizlədirilir.
Lerik RPŞ-dən Minval.info-ya verilən məlumat görə, ümumiyyətlə, Lerikdə belə bir hadisə baş verməyib: “Kimsə sosial şəbəkələrdə ağzına gələni yazıb, hər kəs də buna inanır. Bizə belə bir şikayət daxil olmayıb, həmçinin, polis əməkdaşları araşdıma apardı, məlum oldu ki, yazılanlar yalan məlumatdır. Həm də qeyd edilib ki, müstəntiq Kərimov bu işi ört-basdır edir, ancaq bizdə Kərimov soyadlı müstəntiq belə yoxdur”.
Azyaşlının ailəsinə yaxın olduğunu iddia edən digər bir şəxs isə, hadisənin baş verdiyini, ancaq ailənin bunu gizlətdiyini, polisə şikayət etməyini bildirib.
Əldə etdiyimiz məlumata görə, təcüvüzə məruz qalan qızın atası özü məsələnin ictimailəşməsinin əleyhinədir. O, həmin şəxslə sövdləşib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ərdoğan Təhlükəsizlik Şurasını toplayır
General Rövşən Əkbərovun həbsi
Azərbaycan Qarabağda yaşayan ermənilərə avqustun sonunadək vaxt verib
Mehman Hüseynov azadlığa buraxıldı - Foto - Video
Xalq artistinin geyimi müzakirə yaratdı
Bu gün Adanadan Azərbaycana təxliyə avtobusu yola düşəcək
Kosmetoloq Elnarə Rzayeva efirdə şikayətçini təhqir etdi, dava düşdü - VİDEO