“Legiya”nın baş məşqçisi: “Mahirin qalacağına əminliklə cavab verə bilmirəm”
“Mahirlə ilk dəfə tanış olanda çox təəccübləndim”.
Minval.info xəbər verir ki, bu fikirləri Polşa “Legiya”sının baş məşqçisi Aleksandr Vukoviç “Sparkchronicles” nəşrinə açıqlamasında Azərbaycan millisinin futbolçusu Mahir Emreli haqqında danışarkən deyib.
42 yaşlı mütəxəssis 24 yaşlı hücumçu ilə söhbətinin çox pozitiv keçdiyini söyləyib: “Televiziya onündə onu izləyəndə qarşımda bir qədər təkəbbürlü insanın olacağını gözləyirdim. Lakin o, məni təəccübləndirdi və əks təəssürat yaratdı. Şübhəsiz ki, onu təkəbbürlü adlandırmaq olmaz. Ümid edirəm ki, bizim oyunçumuz olmağa davam edəcək. Lakin mən hazırda birmənalı, əmin cavab verə bilmirəm”.
Qeyd edək ki, “Legiya” fanatları Ekstraklasanın XVIII turunda Plotsk “Visla”sına 0:1 hesablı məğlubiyyətdən sonra “Legiya”nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Qarabağ” üçün 1 oyunda 2 uğursuzluq
Azərbaycan Premyer Liqasında həftənin komandası və oyunçusu açıqlanıb
"Qəbələ"nin futbolçusu İspaniyaya qayıdıb
Oyun zamanı meydana girib, Ronaldunu öpdü - VİDEO
Qurban Qurbanov Kamrandan danışdı
"Qəbələ" iordaniyalı futbolçu ilə müqavilə bağlayıb