"Legiya"nın baş məşqçisi: "Emreli mənə müqaviləni ləğv etmək istədiyini deməyib"
“Mahir Emreli ilə görüşdüm, durumu yaxşıdır. Ümid edirəm ki, qış təlim-məşq toplanışının ilk günlərində bizimlə olacaq”.
Minval.info-nun məlumatına görə, bu fikirləri Polşa “Legiya”sının baş məşqçisi Aleksandr Vukoviç “Radomyak”a 0:3 hesabı ilə uduzduqları Ekstraklasanın XIX tur oyunundan sonra mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis 24 yaşlı hücumçunun yüksək keyfiyyətə malik olduğunu bildirib: “Emreli kimi oyunçuya çox ehtiyacımız var. Mənə müqaviləni ləğv etmək istədiyini söyləyib? Xeyr, o, belə şey deməyib”.
Qeyd edək ki, “Legiya” fanatları Ekstraklasanın XVIII turunda Plotsk “Visla”sına 0:1 hesablı məğlubiyyətdən sonra “Legiya”nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
I Divizionumuzda əsasnamə pozuldu: daha bir texniki məğlubiyyət
"Qarabağ" "Sürix"ə qalib gəldi
PFL Premyer Liqa və kubokla bağlı təlimatları açıqladı
"Neftçi" ilə oyunda çox dəyişiklik etməyi düşünmürəm" - Qurban Qurbanov
Mahir Emreli "Legiya"da ilin ən yaxşı legioneri seçilə bilər
“Biz Bakını istəyirdik” - Şenol Günəş