Lənkəranda iki avtomobil toqquşub, xəsarət alanlar var
Lənkəran rayonunda yol qəzası baş verib.
“Minval.info” “Report”a istinadən verdiyi xəbərə görə, hadisə şəhərin akademik Zərifə Əliyeva küçəsində qeydə alınıb.
Belə ki, rayonun Girdəni kənd sakini, 1989-cu il təvəllüdlü Fərid Rzayevin idarə etdiyi BMW markalı avtomobil Havzava kənd sakini, 1971-ci il təvəllüdlü Ayıq Feyruz oğlu Niftullayevin sükanı arxasında olduğu “VAZ-21099” markalı nəqliyyat vasitəsi ilə toqquşub.Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. A.Niftullayev xəsarətləri ağır olduğundan əməliyyata alınıb. Ona çənənin iç səthinin kəsilmiş-didilmiş yarası və sol döş qəfəsinin 4-5-6 qabırğalarının sınığı diaqnozu qoyulub, vəziyyəti orta ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır