Lənkəranda arvadına çoxsaylı bıçaq xəsarətləri yetirən şəxs həbs edilib

Lənkəran rayonunda arvadına çoxsaylı bıçaq xəsarətləri yetirən şəxs həbs edilib.
Bu barədə “MİNVAL.İNFO”a rayon prokurorluğundan bildirilib.
Belə ki, avqustun 27-i saat 21 radələrində 1985-ci il təvəllüdlü Aynur Mirzəyevanın Lənkəran rayonu ərazisində yaşadığı evdə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri, 1985-ci il təvəllüdlü Aqşin Mirzəyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Aynur Mirzəyevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Aqşin Mirzəyev təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kəlbəcərdə fəhlə faciəvi şəkildə ölüb
Masazırda yaşayış binasında yanğın - 4 polis tüstüdən zəhərləndi
Ot daşıyan yük avtomobili yandı - Video
Neftçalanın sabiq icra başçısının məhkəməsində şahidlər dindirilib
SON DƏQİQƏ! Mövlam Şixəliyevin orden və medalları alındı
Ötən gün yol qəzalarında 1 nəfər ölüb, 4 nəfər yaralanıb
Bakıda universitetinin tələbəsi dərs zamanı ağır xəsarət alıb