Lənkəran sakini qeyri-adi traktor düzəltdi - VİDEO
Lənkəranda avtomobil təmiri sexində dəmirçi işləyən usta satın aldığı ikitəkərli motoblok adlandırılan təsərrüfat texnikasına dəyişikliklər edərək, mini traktor düzəldib.Minval.İnfo xəbər verir ki, Lənkəran sakini Novruzəli Nobatovun düzəltdiyi bu texnika 10 qat artıq iş görür.
25 ildir, avtomobil təmiri sexində dəmirçi işləyən usta təsərrüfat işlərində istifadə olunan və əl ilə idarə edilən ikitəkərli texnikanı mini traktora çevirib. O, əlavə detallar kimi “Jiquli” avtomobilinin ehtiyat hissələrindən istifadə edib.
İndi bu texnika daha çox iş görür. Əsasən də kartof sahələrində əlavə avadanlıqlar qoşmaqla ondan daha səmərəli istifadə etmək mümkündür.
Kənd təsərrüfatı texnikası 10 saata cəmi 4 litr yanacaq işlədir. Novruzəli Nobatovun sözlərinə görə, mini traktoru hazırlanmasına 1000 manata qədər pul xərcləyib. Usta texnikanı daha da təkmilləşdirmək niyyətindədir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əməkdar artist Sevda Məmmədzadə komaya düşdü
Bakıda sabah yağış, şimşək və leysan gözlənilir
Poliqlot atasının işdən çıxarılmasına etiraz edir
Bakı metrosunda gediş haqqı artırıla bilərmi?
Bakıda qadın bahalı telefonunu taksidə itirdi
Şuşanın qayalarına yazılan xatirələr: Keçmişin izi
Heyvandarlığa dəstək: Hər heyvana 4 manat subsidiya!