Coni nadir xəstəlikdən əziyyət çəkir?
Rusiyada tanınmış azərbaycanlı müğənni Coni, əsl adı ilə Cahid Hüseynli, nadir bir genetik xəstəlik olan ailəvi Aralıq dənizi qızdırmasından (FMF) əziyyət çəkdiyi iddiaları ilə gündəmə gəlib. Publika.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Verilən məlumata əsasən, 30 yaşlı müğənni sentyabr ayında xəstəxanaya yerləşdirildikdən sonra kəskin şəkildə arıqlayıb və yüksək hərarətdən şikayət edib. Kanalın iddiasına görə, aparılan genetik testlər onun bu xəstəlikdən əziyyət çəkdiyini göstərib. Hal-hazırda Coninin ev şəraitində müalicə aldığı bildirilir.
Ailəvi Aralıq dənizi qızdırması, təkrarlanan yüksək hərarət, əzələ, oynaq və qarın ağrıları ilə müşayiət olunan irsi iltihabi xəstəlikdir. Bu xəstəlik infeksiya olmadan da tutmalar yarada bilir.
ƏLAQƏLİ
Gündə 30 dəqiqəlik vərdiş onu 48 kilo arıqlatdı - İnanılmaz dəyişiklik
Bununla yanaşı, Coninin nümayəndəsi “Mash”a verdiyi açıqlamada müğənninin səhhətində heç bir problemin olmadığını bildirib. Beləliklə, xəstəliklə bağlı yayılan məlumatlar hələ rəsmi təsdiqini tapmayıb.
Xatırladaq ki, ailəvi Aralıq dənizi qızdırması daha çox Aralıq dənizi hövzəsində və Cənubi Qafqazda müşahidə edilir və irsi xarakter daşıdığı üçün həkim nəzarəti tələb edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gündə 30 dəqiqəlik vərdiş onu 48 kilo arıqlatdı - İnanılmaz dəyişiklik
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?