23.10.2026 - 15:24
Gündə 30 dəqiqəlik vərdiş onu 48 kilo arıqlatdı - İnanılmaz dəyişiklik
Maraqlı 212 baxış

Gündə 30 dəqiqəlik vərdiş onu 48 kilo arıqlatdı - İnanılmaz dəyişiklik

Böyük Britaniyada yaşayan 45 yaşlı basketbol məşqçisi Nik Dreyn, sadə bir vərdiş ilə altı il ərzində 48 kiloqram arıqlamağı bacarıb. O, əvvəllər axşamlar 8,5 litrədək pivə içə bilən birisi idi və həyatında əsas dəyişiklik idmanla müntəzəm məşğul olmaq sayəsində baş verib.

Publika.az-ın məlumatına görə, bu barədə “The Mirror” nəşri məlumat yayıb.

Dreyn, 30 yaşında çəkisinin 150 kiloqram olduğunu və boyunun 193 santimetrə çatdığını bildirib. O, günə iki kolbasa, iki qızardılmış yumurta, pendir və soğandan ibarət səhər yeməyinin üç porsiyası ilə başlayırdı. Nahar zamanı bir neçə sendviç və çips alır, axşam isə fastfood sifariş edir və ya bütöv qril toyuq yeyirdi. Hətta yerli kababxanada onun üçün xüsusi olaraq çips, pendir və mayonez əlavə edilmiş üçqat kabab hazırlanırdı.

Britaniyalının həyatında dönüş nöqtəsi 2020-ci ilin avqustunda baş verib. O, bir axşam bir qutudan çox pivə içdiyini və sərxoş olmadığını anlayıb. Bu vəziyyət onu vərdişlərini dəyişməyə vadar edib.

Dreyn, qarajında velotrenajor quraşdıraraq hər gün 30 dəqiqə məşq etməyə başlayıb. O vaxtdan bəri heç bir məşqi buraxmadığını və hətta çətin günlərdə də idmandan imtina etmədiyini deyir. “Atamı və iki dostumu itirəndə belə trenajora otururdum. Koronavirusa yoluxanda, ürəyim bulananda və ishal olanda da məşq edirdim”, – deyə o bildirib.

Bir ay sonra məşqlərinə jim hərəkətlərini əlavə edən Dreyn daha sonra idman zalında ağırlıq qaldırmağa başlayıb. Bununla yanaşı, qidalanmasını da ciddi şəkildə dəyişib, hazır yeməklərin və alkoqolun istehlakını kəskin azaldıb. Nəticədə britaniyalı altı il ərzində 48 kiloqram arıqlamağa nail olub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: