İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilədir
İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama ölkəmizdə təəccüb və təəssüf doğurur. Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Elm və Təhsil Nazirliyinin açıqlamasında qeyd olunub.
Açıqlamada vurğulanır ki, bu, Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirilir. Ölkəmizin daxili işlərinə, xüsusilə də təhsil siyasətinə heç kimin müdaxilə etməsinə icazə verilmir və bu kimi cəhdlərə qətiyyətlə qarşı çıxılır.
İran rəsmilərinə tövsiyə olunur ki, başqa ölkələrin daxili işlərinə müdaxilə etməkdən çəkinərək, öz ölkələrinin problemləri ilə məşğul olsunlar. Xüsusilə qeyd edilir ki, İranda Azərbaycan dilində tədris aparılan məktəblərin olmaması və ali təhsil müəssisələrində bu dildə dərslərin keçirilməməsi ciddi bir problemdir.
İranın elm, tədqiqat və texnologiya naziri və bu sahədə çıxış edən digər şəxslər Azərbaycanın daxili işlərinə müdaxilə etmək əvəzinə, İranda onilliklərdir davam edən bu ədalətsizliyin aradan qaldırılması üçün tədbirlər görməli olduqları vurğulanır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İrlandiyanın məşhur musiqiçisi Dónal Lunny vəfat edib
Hakan Fidan: İsrailin hərəkətləri beynəlxalq güvəni azaldır
Avropa müharibəyə hazırlaşmalıdır: iqtisadiyyat və təhlükəsizlik
Paşinyandan AİB ölkələrinin təhdidinə reaksiya: Mövqeyim dəyişməyib
Paşinyan: Türkiyə sərhədi ilə bağlı Bakı ilə danışıqlar davam edir
Ukrayna-Rusiya sülh danışıqlarında üç əsas tələb müzakirə edilir
Türkiyə R4 və E3 formatında mühüm toplantılara ev sahibliyi edəcək