26.10.2026 - 10:54
Lula da Silva dördüncü dəfə prezident seçildi
Dünya 104 baxış

Lula da Silva dördüncü dəfə prezident seçildi

Braziliyada keçirilən son seçkilərdə solçu lider Lula da Silva, dördüncü dəfə prezident seçildi. Onun əsas rəqibi, sağçı namizəd Flavio Bolsonaru isə nəticələri tanımadığını və seçkilərin ləğvi üçün məhkəməyə müraciət edəcəyini açıqladı.

Minval.info xəbər verir ki, yerli mətbuatın məlumatına görə, Bolsonaru bu qərarını Federal Yüksək Məhkəmə (STF) hakimi Cristiano Zaninin səsvermə müddətini iki saat uzatmasına əsaslandırır. Onun fikrincə, bu qərar seçki prosesinin normal gedişatını pozub.

Bolsonaru, “Bugün yaşananlar normal bir vəziyyət deyildi. Tarixdə ilk dəfə, tək bir qərarla oyunun qaydaları dəyişdirildi. Fərqli ştatlardakı braziliyalılar arasındakı bərabərlik prinsipi tamamilə pozuldu. Seçki qutularının yenidən açılmadığı ştatlarda nə qədər səs ala biləcəyimi heç vaxt bilməyəcəyəm. Seçkiləri bu formada tanımaq mümkün deyil. Nəticələrin ləğvini tələb edəcəyəm,” deyə vurğuladı.

Lula da Silvanın yenidən prezident seçilməsi Braziliyada siyasi mühitə təsir edəcək və bu nəticələr ölkə daxilində müxtəlif reaksiyalara səbəb olub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: