Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var - VİDEO
Kürdəmir rayonunda yol qəzası baş verib.
“Report”un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Kürdəmir-Zərdab yolunun rayonun Söyüdlər kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Ağcabədi rayon sakini, 1970-ci il təvəllüdlü Etibar Ramiz oğlu Rzayev “Mercedes” markalı avtomobillə Kürdəmir istiqamətində hərəkətdə olarkən qarşıdan gələn Zərdab rayon sakini, I qrup Qarabağ əlili, 1966-cı il təvəllüdlü Elxan Fazil oğlu Bəkirovun idarə etdiyi “OKA” markalı avtomobillə toqquşub. Nəticədə “OKA”nın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Hadisəyə səbəb kimi yolun həddindən artıq bərbad vəziyyətdə olması göstərilir.
Faktla bağlı araşdırma aparılır.
https://www.youtube.com/watch?v=BVa3gybMLQI
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır