Kürdəmirdə yol qəzası baş verib - FOTO

Kürdəmirdə iki yük maşını toqquşub, xəsarət alan var.
Minval.info-nun məlumatına görə, AZƏRTAC-ın bölgə müxbir xəbər verir ki, hadisə gecə saat 1 radələrində Bakı-Qazax magistral yolunun rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “SHAGMAN” markalı yük maşını Ucar istiqamətində hərəkətdə olarkən qarşısında hərəkət edən eyni markalı yük maşınına çırpılıb. Nəticədə sürücü 56 yaşlı Gədəbəy rayon sakini Səmədov Rasim Əsgər oğlu avtomobildə sıxılmış vəziyyətdə qalıb. Sürücünü FHN-nin xüsusi riskli qəza xidmətinin əməkdaşları çıxarıblar. Hadisə zamanı xəsarət alan sürücü Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır


