12.07.2021 - 11:56
Hadisə
16 baxış
Kürdəmirdə həmkəndlisini bıçaqlayan şəxs saxlanıldı
Kürdəmir rayonu Muradxan kənd sakini İbrahim Salmanovun bıçaqla yetirilmiş kəsilmiş-deşilmiş xəsarəti ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Minval.info”ya verilən məlumata görə, məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkənə xəsarət yetirən həmkəndlisi Amil Abuşov saxlanılıb.
O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, İ.Salmanova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.
Faktla bağlı Kürdəmir RPŞ-də araşdırmalar aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
19.09.2026 - 13:26
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
19.09.2026 - 10:45
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
19.09.2026 - 08:39
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
18.09.2026 - 23:33
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
18.09.2026 - 21:20
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
18.09.2026 - 13:03
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır
18.09.2026 - 12:07
Deputat Sergey Çepikov 59 yaşında vəfat etdi
18.09.2026 - 10:29