Kürəkən qayınatasını bıçaqladı
Ağstafa rayonunun Qaçaq Kərəm kəndində bıçaqlanma olub.
“Report”un Qərb bürosunun məlumatına görə, 1971-ci il təvəllüdlü kənd sakini Əliyev Kamaləddin Dursun oğlu 1992-ci il təvəllüdlü Yolçuyev Elşən Mikayıl oğlu tərəfindən döş qəfəsindən bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyata olunub.
İlkin məlumatlara görə, K.Əliyev mübahisə zəminində kürəkəni tərəfindən bıçaqlanıb. Hadisəyə ailədaxili mübahisə səbəb olub. Belə ki, iki ay öncə E.Yolçuyevin həyat yoldaşı ondan küsərək ata evinə gedib. O, bir neçə dəfə qayınatasının evinə gedərək yoldaşı ilə barışmağı və geri qayıtmasını istəsə də, buna nail ola bilməyib. Bu axşam isə qayınatası ilə arasında mübahisə yaranıb. Nəticədə bıçaqlanma baş verib.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır