Külli miqdarda borca görə özünü dənizə atdı - Bakıda müdhiş hadisə
Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 1 nəfər dənizə düşüb.
Minval.İnfo-nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. 1992-ci il təvəllüdlü Pənahov Rəhim Nizam oğlu sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Kürdəmir sakini olan Rahim Pənahovun intihara cəht etməsi məlium olub. Onun maddi problemlərinin olduğu üzə çıxıb. Xilas edildikdən sonra polis bölməsinə aparılan R.Pənahov Kürdəmirdə müxtəlif şəxslərə külli miqdarda borcunun olduğunu və bu səbəbdən həyatına son qoymaq istədiyini deyib.
Faktla bağlı araşdırma aparılır.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dağlıq bölgələrdə qısamüddətli yağış və şimşək
Lütfi Zadənin anım günü: Dahinin izi qalır
Bakıda 3 günlük yağış: Leysan və dolu gözlənilir
Azərbaycanda sel təhlükəsinə hazırlıq nə yerdədir?
Şuşada tarixi qayalara yazılar: Şəhidlərə hörmətsizlik!
Qasli İtaliya Qran-prisində ilk təsnifat qələbəsini qazandı
Maliyyə Nazirliyinin borclanma strategiyası: Niyə?
