Maliyyə Nazirliyinin borclanma strategiyası: Niyə?
Maliyyə Nazirliyi, ilin yeddi ayı ərzində dövlət büdcəsində 3.4 milyard manat profisit yaranmasına baxmayaraq, borclanma siyasətini davam etdirir. Bu müddət ərzində büdcənin gəlirləri proqnozları 855.9 milyon manat və ya 3.8% üstələyib. Nazirlik daxili borclanma məqsədilə istiqraz buraxmaq qərarına gəlib.
Minval.info xəbər verir ki, sentyabrın 1-də Bakı Fond Birjasında tədavül müddəti 1 080 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərracda ilkin buraxılış həcmi 200 milyon manat nəzərdə tutulsa da, investorlar tərəfindən təqdim edilən sifarişlərin ümumi məbləği 499.2 milyon manat təşkil edib. Bunun 345.9 milyon manatlıq hissəsi təmin olunub. Beləliklə, Maliyyə Nazirliyi bu hərracda sözügedən məbləğdə borc alıb.
Büdcədə gəlirlərin xərcləri 3.4 milyard manat üstələdiyi halda, borclanmanın səbəbləri maraq doğurur. Bu addımın arxasında hansı iqtisadi və maliyyə strategiyalarının dayandığı sual altındadır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır
Xınalıqda qarın hündürlüyü 15 santimetrə çatıb
Azad edilmiş ərazilərdə torpaq paylanması: hər ailəyə neçə hektar veriləcək?
ADSEA daşqın və sel sularından mühafizə işlərini davam etdirir
Dövlət xidməti yeni internet tariflərini təsdiqlədi