Bakıda 'IRONMAN 70.3' triatlon həyəcanı yaşandı
Sentyabrın 5-də Bakıda keçirilən ‘Alufar IRONMAN 70.3 Baku’ beynəlxalq triatlon yarışı paytaxtda əsl idman bayramı ab-havası yaradıb. Yarışa dünyanın 62 ölkəsindən 1500 idmançı qatılıb. İdmançıları marşrut boyunca müşayiət edən ailə üzvləri, yaxınları, azarkeşlər və şəhər sakinləri onları alqışlarla dəstəkləyiblər.
Minval.info xəbər verir ki, müxtəlif ölkələrdən Bakıya gələn qonaqlar yarışın həyəcanı ilə yanaşı, şəhərin gündəlik həyatı və görməli yerləri ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Bakı Bulvarının ‘Yeddi gözəl’ fəvvarəsinin qarşısındakı ərazidə ‘IRONMAN’ kəndi və əyləncə zonası fəaliyyət göstərir. Ziyarətçilər burada ‘IRONMAN’ ab-havasını yaxından hiss edir, müxtəlif əyləncəli və interaktiv fəaliyyətlərdə iştirak edirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Goranboyda məktəbin sanitar qovşağı dağıdıldı!
Binə Atçılıq Mərkəzində cıdır mövsümü sona çatdı
Bakıda küləkli hava: Sarı və narıncı xəbərdarlıq
Zahit Cəfərov FIS Kontinental Kubokuna vəsiqə qazandı
Şuşada turistlərin qayalara ziyanı narahatlıq yaradır
Xorvatiyalı triatlonçu Bakıda fərqləndi: Qalib gəldi!
Torpaq konsolidasiyası: Vətəndaş razılığı olmadan alınmayacaq!