Külək Azərbaycanda fəsadlar törədib: Yanğın, ağaclar qırıldı, işıqlar söndü - Foto
Mingəçevir şəhərində əsən güclü külək bir sıra fəsadlar törədib.
“Report”un Şirvan bürosu xəbər verir ki, günorta saatlarından güclənən külək nəticəsində şəhərin Nəriman Nərimanov, Aydın Məmmədov, Təbriz və digər küçələrində ağaclar tam və ya qismən qırılaraq küçə və səkilərə düşüb.
Nəticədə “Mercedes” və “VAZ-2107” markalı iki maşın qırılan ağacların altında qalaraq əzilib.
Küləyin gücləndiyi andan etibarən şəhərin Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin briqadaları fəsadların aradan qaldırılmasına başlayıblar.
Təbiət hadisəsi nəticəsində şəhərin bir sıra yerlərinə elektrik enerjisinin verilməsində uzunmüddətli fasilələr yaranıb.
Həmçinin bir sıra ərazilərdə yanğın hadisələri qeydə alınıb. Yanğınların qarşısı FHN-in yanğınsöndürənləri tərəfindən alınıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır











