"Kristal Abşeron"da əlbəyaxa dava - Video (Özəl)
Abşeron rayonunda sərxoş şəxs mühafizəçi ilə əlbəyaxa olub.
Minval.info xəbər verir ki, Xırdalan şəhərində yerləşən “Kristal Abşeron” yaşayış kompleksinda dava hadisəsi baş verib. Belə ki, dəmiryolu stansiyasının yaxınlığında yerləşən binanın həyətinə daxil olan avtomobilin sürücüsü kompleksin mühafizəçinin tələbinə məhəl qoymayıb. Həmin şəxsə maşın taksi fəaliyyəti ilə məşğul olduğundan ona binanın həyətində maşın saxlamağa icazə verilməyib. Bu zaman sürücü mühafizəçilərə etiraz edib və onlar arasında mübahisə yaşanıb. Mübahisə sonradan münaqişəyə çevrilib, nəticədə sürücü və mühafizəçi əlbəyaxa olublar. Ətrafda olan şəxslərin müdaxiləsinin ardınca ara sakitləşib və onlar problemi öz aralarında həll edib.
Minval.info-ya hadisə şahidlərinin verdiyi məlumata görə, taksi sürücüsü sərxoş vəziyyətdə olduğundan mühafizəçini təhqir edib. Əlbəyaxa dava da məhz bundan sonra baş verib.
Dava nəticəsində komplesk daxilində nəqliyyatın hərəkətində durğunluq yaranıb.
https://www.youtube.com/watch?v=tKjmTvch1_Y&feature=youtu.be
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vətən müharibəsi iştirakçısı vəfat edib - FOTO
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapıldı
FHN: İki nəfər dənizdə batma təhlükəsi ilə üzləşib
Həmin ailənin ölümünə səbəb zəhərli maddə olub? - TƏFƏRRÜAT- FOTO