Klinikaya 10 gün müddət verildi: Qanun pozuntuları aşkarlandı
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi, “Vital Hospital” adlanan “SAĞLAMLIQ VƏ GÖZƏLLİK MƏRKƏZİ” MMC-də plandankənar yoxlama həyata keçirib. Yoxlama zamanı bir sıra ciddi qanun pozuntuları aşkar edilib.
Minval.info xəbər verir ki, yoxlama nəticəsində klinikada insan sağlamlığına zərər verə biləcək bir çox pozuntular müəyyən edilib. Mərkəz, tibbi məmulatların dezinfeksiyası, sterilizasiyası və digər sanitariya norma və qaydalarına riayət edilmədiyini bildirir. Həmçinin, lisenziya şərtlərinə uyğun gəlməyən hallar da aşkarlanıb.
Yoxlama zamanı müəssisənin ambulator xidmət sahələrində bir sıra prosedur otaqlarının təşkil edilmədiyi, habelə müxtəlif ixtisaslar üzrə otaqların yaradılmadığı məlum olub. Məsələn, pediatriya sahəsində peyvənd sahəsi yaradılmasına baxmayaraq, kardioloq və ginekoloq həkimlərin qəbul otağı birgə təşkil edilib. Bu, tibbi xidmətlərin keyfiyyətinə mənfi təsir göstərir.
ƏLAQƏLİ
Məşhur diyetoloqdan ideal səhər yeməyi resepti: Tək kəsmik yetərli deyil
Həmçinin, rentgenoloji işlər üzrə fəaliyyətin mövcud olmasına baxmayaraq, müvafiq icazə sənədinin müddətinin bitdiyi aşkar edilib. Tibbi tullantıların idarə olunmasında da ciddi pozuntular var. Tullantıların çeşidlənməsi və təhlükəsiz saxlanılması qaydalarına riayət edilmir.
Yuxarıda qeyd olunanlar, müəssisənin insan həyatı və sağlamlığı üçün ciddi təhlükə yaratdığını göstərir. Bu səbəbdən, “SAĞLAMLIQ VƏ GÖZƏLLİK MƏRKƏZİ” MMC-də stasionar tibbi xidmətin fəaliyyətinin dayandırılması qərara alınıb. Sahibkara, aşkar olunan nöqsanların 10 iş günündə aradan qaldırılması üçün göstəriş verilib. Müddət bitdikdən sonra müəssisədə yenidən yoxlama keçiriləcək.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur diyetoloqdan ideal səhər yeməyi resepti: Tək kəsmik yetərli deyil
Elektron siqaret çəkənlərin nəzərinə!
Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar
Dermatoloqdan isti duşla bağlı xəbərdarlıq
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir
Paket çaylarda təhlükə: bir fincanda 2500 mikroplastik hissəcik aşkarlandı
Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır?