Kiyev İran dronları ilə vurulur
Kiyev İran dronları ilə vurulur.
Sfera.az bildirir ki, bu barədə Kiyevdə olan azərbaycanlı jurnalist Mübariz Aslanov sosial şəbəkə hesabında yazıb. O, hazırkı vəziyyəti belə izah edib:
“Az əvvəl Kiyevdə yaşadığım ərazi də daxil olmaqla paytaxtın bir neçə məntəqəsi havadan zərbələrə məruz qaldı. Müəyyən müddətə rabitə itdi və bərpa olundu. Partlayış səsləri davam edir. Əldə etdiyim məlumata görə, Kiyev lənətə gəlmiş İran dronları ilə vurulur”.
Xatırladaq ki, Rusiya qoşunları bu dəqiqələrdə Ukraynanın paytaxtını ağır raket atəşinə məruz qoyurlar. Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenkonun sözlərinə görə, Kiyevə atılan raketlərdən biri Vladimirskaya küçəsinə düşüb. Bildirilir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin ofisi məhz bu küçədə yerləşir. Həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi də həmin əraziyə yaxın məsafədədir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nəcməddin Sadıkov qəzaya düşdü - FOTO
Türkiyə prezidenti ABŞ-yə səfər edəcək
“Krıtı Malış Gəncəli” çayxanada saxlanıldı - FOTO
Putin Türkiyəyə gedir - Bu tarixdə