Kişi arvadını diri-diri yandırdı – Azərbaycanda dəhşətli ailə dramı
Tovuzda dəhşətli ailə dramı baş verib.
BAKU.WS xəbər verir ki, yanvarın 15-də Tovuzda 41 yaşlı kişi qeyri-rəsmi şəkildə münasibətdə olduğu 28 yaşlı qadını yandırıb.
Belə ki, həmin gün saat 21:00-da 1978-ci il təvəllüdlü Əflatun Məhərrəm oğlu Ələkbərov münasibətdə olduğu 1991-ci il təvəllüdlü Nüşabə Zeynaləbdin qızı Bayramovanın üstünə benzin tökərək yandırıb.
Hadisə nəticəsində qadın ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, hadisə şəxsi mübahisə zəminində baş verib. Belə ki, qadın kafelərin birində işə düzəlib. Kişi isə onun kafedə işləməsinə etiraz edib. Lakin qadın onun sözünü dinləməyib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır