Kirayə qaldığı evdən oğurluq etdi

Tovuz rayon Polis Şöbəsinə müraciət edən rayon sakini olan bir qadın ona məxsus evdən nağd pulun oğurlandığını bildirib.
Daxil İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Minval.info-ya verilən məlumata görə, dərhal Tovuz RPŞ-in əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər.
Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən 2 550 manat pul oğurlanıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, həmin evdə kirayənişin qalan Fariz İsgəndərov saxlanılıb.
Dindirilmə zamanı saxlanılan şəxs ev sahibinin toy mərasiminə getdiyini, əvvəlcədən evdə pul olduğunu bildiyini və pəncərədən daxil olaraq pulu oğurladığını etiraf edib.
F.İsgəndərov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır