“Kediciklər”dən sonra Adnan Oktarın “aslanları” da gündəmə gəldi – SİYAHI (FOTOLAR)
Son günlər Türkiyənin gündəmini zəbt edən Adnan Oktarın həbsi ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Adnan Oktarla balğlı yeni məlumatlar onun yanında yer alan kediciklərin və “aslanlar”ın hamısının zəngin və tanınmış ailələrin övladları olmasıdır. “Aslanlar”ın hər biri ya iş adamıdır ya da model…
Bu “aslanlar” Adnan Oktarın verilişində də efirə çıxmışdı. Kediciklər qədər olmasa da, onlar da diqqət çəkir.
Musavat.com Adnan Oktarın “aslanlar”ının siyahısını təqdim edir:
Bülent Sezgin – iş adamı
Türkiyəli iş adamı Bülent Sezgin müsahibələrindən birində demişdi: “Dünyadakı ən təsirli nemətlərdən biri insan gözəlliyi, özəlliklə də qadınların gözəlliyidir”.

Altuğ Berker
Berker Saint Benoit Liseyi və Marmara Universiteti rabitə fakültəsini bitirib. Milli dəyərlərin qorunması üzrə Milli Fondun prezidentidir.

Cihat Gündoğdu
Kadıköy Anadolu Fen liseyindən məzun olduqdan sonra Marmara Universiteti tibb fakültəsini bitirib. Hazırda xüsusi bir xəstəxanada həkim kimi işləyir.
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT

Emre Acar
Adnan Oktarın “aslanlar”ının içərisində ən diqqət çəkəni Emre Acar ticarətlə məşğuldur. Bu “aslan”ın diqqət çəkməsi onun geyim tərzinə görədir.

ƏLAQƏLİ
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - Təfərrüat
Erdem Ertüzün
Erdem Ertüzün də iş adamı olan “aslanlar”dandır.

Gökalp Barlan
Gökalp Barlan da Türkiyədə böyük bir inşaat şirkətinin qurucusudur.

Kartal Göktan
Marmara Universitetinin iqtisadiyyat və idarəetmə fakültəsinin məzunudur. O, müxtəlif televiziya proqramlarında çıxış edir. Ayrıca Kartal Göktan köşə yazarı kimi də tanınır.

Kartal İş
Saint Joseph və Sorbonne Universitetini bitirib. Kartal İş mətbuata bağlı olan “aslanlar”dandır. Özünün şəxsi saytı var.

Mehmet Yıldırım
M.Yıldırım da Adnan Oktarın daimi şərhçilərindən biri idi. Əsasən Almaniyada fəaliyyət göstərirdi.
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT

Muhammed Kürşat
Muhammed Kürşatın kim olması haqqında yetərli məlumatlar olmasa da, onu Adnan Oktarın bütün verilişlərində görmək mümkündür.

ƏLAQƏLİ
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - Təfərrüat
Onur Yıldız
İstanbul Universitetinin biologiya fakültəsinin məzunudur. Adnan Oktarın A9 telekanalında tez-tez təkamül nəzəriyyəsi haqqında çıxışları ilə tanınır.

Oktar Babuna
Oktar Babuna Adnan Oktarın ən məşhur “aslanlar”ından sayılır. Bacısı Tuba Babuna ilə Adnan Oktarın verilişində şərhçi olaraq, efirə çıxan Oktar Babuna 1990-cı ildə dələduzluğa görə də həbs edilmişdi.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBNiyam Salami Şəki Yaylası sahibini ittiham etdi
VACİBBakıda oyuncaq maşınla yola çıxan saxlanıldı
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
