Keçmiş məhkumun avtomobilindən və evindən 7 kq-dan artıq narkotik götürülüb FOTO
Masallı sakininin avtomobilindən və evindən 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Musavat.com-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayonun Ərkivan qəsəbə sakini Faiq Abdinov idarə etdiyi avtomobildə saxlanılıb.
Keçirilən baxış zamanı onun üzərindən və idarə etdiyi avtomobildən külli miqdarda, ayrı-ayrı bükümlərdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq F.Abdinovun yaşadığı evə keçirilən baxış zamanı oradan 6 kiloqramdan artıq heroin, 1 kiloqram 450 qram tiryək aşkarlanaraq götürülüb.
Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır