Keçmiş arvadını qısqandı, bıçağa əl atdı — Dəhşətli qətlin təfərrüatları

Bakıda arvadını öldürməkdə təqsirləndirilən Rəşad İbrahimzadənin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.
“Ölkə.Az”ın xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmə hakim Ənvər Seyidovun icraatına verilib.
Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası avqustun 13-nə təyin edilib.
Belə ki, mayın 1-də Bakının Nərimanov rayonu ərazisində, “Şərq bazarı”nın yanındakı “Atlas” klinikasının qarşısında qətl törədilib. Cinayət səhər saat 10:00 radələrində baş verib.
Naməlum kişi bıçaqla gənc oğlan və qıza hücum edib. Cinayətkar hər iki şəxsə çoxsaylı bıçaq zərbələri endirib. Nəticədə gənc qız sinə nahiyəsindən aldığı bıçaq zərbəsindən yerindəcə ölüb. Oğlan isə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Oğlanın 1982-ci il təvəllüdlü Əliyev Emil Elman oğlu olduğu məlum olub.
Sadəcə, o məlumdur ki, Zəhra və Rəşad İbrahimzadə bir neçə il əvvəl boşanıblar. Onların bu nikahdan iki övladı var. İbrahimzadə öz keçmiş arvadını Əliyevə qısqanırmış.
O da məlum olub ki, Əliyev İbrahimovanı paytaxtdakı biznes mərkəzlərinin birində işə düzəldib. Mayın 1-də İbrahimova işə başlamalı imiş. Lakin İbrahimzadə bu gün səhər cütlüyə hücum edərək onlardan birini öldürüb, digərini isə yaralayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda sonuncu Qədr gecəsində böyük izdiham - Fotolar
Səlim Müslümov nazir olarkən ƏƏSMN-də baş verən tikinti talanı
Bakıda 21 günün gəlini yoxa çıxdı - FOTO-VİDEO
Bu borclar silinəcək - Prezident qanunu təsdiqlədi
Sabaha olan HAVA PROQNOZU
"Ermənistan neft kəmərinə, Azərbaycan isə AES-ə zərbə endirəcək"
Prezidentdən daha bir sərəncam: Nazirə birinci müavin təyin edildi