12.09.2026 - 17:24
Ölkə 19 baxış

Bakının futbol istedadı: Ceyms Eziasinin hədəfləri

Ceyms Eziasi, “Qarabağ”ın U-14 komandasının istedadlı hücumçusu, Azərbaycan millisində çıxış etməyi arzulayır. Bakıda doğulan və Bayıl məhəlləsində böyüyən Ceyms, Azərbaycan himnini əzbər bildiyini və gələcəkdə PSJ, “Barselona” və “Real Madrid” kimi klublarda oynamaq istədiyini bildirib.

Minval.info xəbər verir ki, Ceyms Eziasi atasının da futbolçu olduğunu və bu səbəbdən futbolun onun üçün həyatın ayrılmaz bir hissəsi olduğunu vurğulayıb. O, məşhur futbolçular Kilian Mbappe və Vinisius Junioru özünə nümunə götürdüyünü və qol vurduqda böyük sevinc hissi keçirdiyini qeyd edib.

Gənc futbolçu “Qarabağ”ın əsas komandasında çıxış etməyi və məşqçi Qurban Qurbanovun rəhbərliyi altında oynamağı hədəfləyir. Ceyms, həmçinin Azərbaycan, rus və ingilis dillərini bildiyini və komanda yoldaşları ilə mehriban münasibətlər saxladığını söyləyib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: