Kartdan oğurladıqları 27 min dolları ödənişli virtual oyunlara xərcləyən “gamer”lər müəyyən ediliblər

Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə şikayət edən ölkəmizdə yaşayan xarici dövlətlərdən birinin vətəndaşı onun bank kartından 27 min dolların naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.
Minval.info xəbər verir ki, həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Zöhrab Əliyev və Orxan Qafarov saxlanılaraq istintaqa təqdim ediliblər.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər ödənişli virtual oyunlardan istifadə edən zaman zərərçəkənin kartından istifadə ediblər. Daha sonra həmin kartda olan pul vəsaitini onlayn alış-veriş saytlarında xərcləyərək müxtəlif təyinatlı ödənişlər ediblər. Həmin şəxslər ifadələrində etdikləri əməli etiraf ediblər.
Qeyd edilən faktla bağlı Zöhrab Əliyev və Orxan Qafarov barəsində Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.
https://youtu.be/WQSp0SskW48
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır