Karantin müddəti azaldıldı: Qərar kimlərə şamil ediləcək?
Ötən həftə Nazirlər Kabineti tərəfindən verilən yeni qərara əsasən koronavirusa yoluxan şəxslərin karantin müddəti azaldılıb.
Oxu.Az xəbər verir ki, qərarla bağlı cəmiyyət arasında müəyyən çaşqınlıq yaranıb. Sosial şəbəkə istifadəçiləri karantin müddətini müzakirə edir.
Məsələyə aydınlıq gətirilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq.
Oxu.Az-ın sorğusuna cavab olaraq, Agentlikdən bildirilib ki, yanvarın 24-dən əvvəl koronavirusa yoluxmuş şəxslərdə karantin müddəti 14 gün olacaq:
“Yeni qərar yanvar ayının 24-dən qüvvəyə minib. Buna görə də qərarda qeyd edildiyi kimi, 7 gün karantin müddəti yalnız yanvar ayının 24-dən xəstəliyə yoluxmuş şəxslərə şamil edilir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mədəniyyət Nazirliyi Kukla Teatrında yoxlamalar aparır
Lerikdə zorlandığı deyilən 13 yaşlı qızın atası danışdı - ŞOK SÖZLƏR
Hüseyn atasına "Land Rover" hədiyyə etdi - VİDEO
“KİVDF cinayəti”nə görə nə qədər cəza nəzərdə tutulub?
Ermənistandakı proseslərin pultu Əliyevin əlindədir - Köçəryan
Bakıda 27 yaşlı müəllim intihar etdi