“Kapitalbank”ın işçisi piyadanı vuraraq qaçıb
Bakıda piyadanı vuraraq qaçan sürücü “Kapitalbank”da çalışır.
“Report”un xəbərinə görə, noyabrın 22-də saat 6 radələrində Rəsul Atayev banka məxsus avtomobillə Nərimanov rayonunun Ziya Bünyadov prospektində yolu keçən 25-30 yaşlı kişi vurulub və nəticədə həmin şəxs hadisə yerində ölüb. R.Atayev isə avtomobili sürərək ərazidən uzaqlaşıb.
Araşdırmalarla ölən şəxsin Xəzər rayon sakini Nadir Əliyev olması müəyyən edilib. Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Toyota” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini Rəsul Atayev olması müəyyən edilərək saxlanılıb. Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda sürücü ilə sərnişin arasında dava - "Sənin var-yoxunu..." (VİDEO)
Polis yol qəzasında öldü - Tovuzda
Rayon sakininin evindən 5 kilodan çox narkotik tapıldı
Bakıda müəllim şagirdi vuraraq hədələyib, şikayəti polis araşdırır - Foto
Həbsdə olan şirkət rəhbəri azadlığa çıxdı
Bakı-Sumqayıt yolunda dəhşətli qəza: Yaralılar var
Bakıda ofisdən 200 minlik oğurluq olub