03.08.2026 - 13:22
Təhsil 18 baxış

Kənd uşaqları allergiyadan necə qorunur? Alimlər sirri açdı!

Kənd mühitində böyüyən uşaqların allergiya və astma xəstəliklərinə qarşı daha yaxşı qorunduğu məlum olub. Bu nəticə Münhen Universitet Klinikası və Helmholts İnstitutunun alimlərinin apardığı araşdırma ilə ortaya çıxıb.

Minval.info xəbər verir ki, NEJM Evidence elmi jurnalında dərc olunan tədqiqatda Avropanın kənd təsərrüfatı bölgələrində yaşayan mindən çox uşağın məlumatları təhlil edilib. Alimlər burun yaxmaları, ev tozu və inək tövlələrindən götürülən toz nümunələrini genetik və metabolik üsullarla araşdırıblar. Fransa və Finlandiyadan əldə olunan məlumatlar da bu nəticələri təsdiqləyib.

Araşdırma göstərir ki, inəklərin həzm sistemində yaşayan bəzi bakteriyalar, xüsusilə Romboutsia timonensis və Glutamicibacter arilaitensis növləri, uşaqların immun sistemini gücləndirir. Bu bakteriyalar astma riskini üçdə iki, ot qızdırması və atopik ekzema riskini isə yarıya qədər azaldır.

Alimlər bildirirlər ki, bu bakteriyalar bioloji aktiv maddələr ifraz edərək tövlələrdəki toz vasitəsilə havaya yayılır və tənəffüs zamanı immun sisteminin reseptorları ilə qarşılıqlı təsirə girir. Bu təsir nəticəsində allergik iltihab reaksiyaları zəifləyir. Gələcəkdə bu təsiri təqlid edən preparatların hazırlanması planlaşdırılır ki, bu da kənd mühitinə ehtiyac olmadan allergiyadan qorumağa kömək edəcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: