İxtisas seçimi qaydalarına yeni dəyişikliklər gəlir
Bu il ixtisas seçimi qaydalarında bir sıra yeniliklər tətbiq ediləcək. Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bu barədə jurnalistlərə açıqlama verib.
Minval.info xəbər verir ki, yeniliklərdən biri I ixtisas qrupunda tətbiq olunacaq. Ötən il 150 balla seçim edilə bilən 11 ixtisas mövcud idi. Bu il həmin siyahıya Riyaziyyat-İnformatika (Rİ) alt qrupuna aid kompüter mühəndisliyi və informasiya texnologiyaları ixtisasları da əlavə olunub. Beləliklə, 150–200 bal toplayan abituriyentlər bu ixtisaslar üzrə seçim edə biləcəklər.
II ixtisas qrupunda da dəyişikliklər edilib. Təxminən 7 yeni ixtisas 150 balla seçim edilə bilən ixtisasların siyahısına daxil edilib. Bu dəyişikliklər nəticəsində 150–200 bal aralığında nəticə göstərən abituriyentlərin I və II ixtisas qruplarında seçim imkanları genişlənir.
III və IV ixtisas qruplarında isə dəyişiklik yoxdur. Keçən il qüvvədə olan ixtisas siyahısı bu il də saxlanılıb. Məleykə Abbaszadə bildirib ki, bu yeniliklər 150–200 bal toplayan abituriyentlər üçün ixtisas seçimi baxımından müsbət imkanlar yaradır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yaqub Baratlı ali təhsil üçün Qarabağ universitetini seçdi
Məleykə Abbaszadə: Keçid ballarında dəyişikliklər gözlənilir
ŞOK: Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırıldı!
Gələcəyi parlaq olan 5 ixtisas: keçid balı aşağı
Bakı Qızlar Universiteti akkreditasiyadan keçmədi